Şirin dil adama dost qazandırar.

Lit. A friendly calf sucks two mothers. Ласковый телёнок двух маток сосёт. / Ласковым словом и камень растопишь.
şirin danışmaq
şirin dilə tutmaq
OBASTAN VİKİ
Dost
Dostluq — qarşılıqlı inam və qayğı üzərində qurulan şəxslərarası münasibət. Dostluqlar bizim şəxsi inkişafımıza əhəmiyyətli dərəcədə təsir edə biləcək mühüm komponentlərdir. Dostluqlar şəxsiyyətimizi, dünyaya baxışımızı və gələcəyimizi köklü şəkildə formalaşdıra bilən transformativ əlaqələrdir. Dostların təqdim etdiyi təcrübələr, məsləhətlər və imkanlar qərarlarımıza təsir edə və bizi müəyyən istiqamətlərə yönəldə bilər. Dostlar bizim güclü, zəif tərəflərimizi və potensialımızı əks etdirən güzgü rolunu oynayır. Dostluq həyatımızı müxtəlif yollarla formalaşdıra və zənginləşdirə bilən güclü qüvvədir. Dostluq fərdlərə emosional dəstək verməkdə əsas rol oynayır. Dostlar həyatın çətin anlarında ilk müraciət etdiyimiz insanlardır. Əsl dostluq ehtiyaca və ya mənfəətə əsaslanmır. Əsl dostluğun təməlində bir-birinə olan səmimi qayğı və şəfqət dayanır.
Adama Berrou
Adama Berrou (ing. Adama Barrow; 15 fevral 1965, Mansadjanq-Kunda[d], Qambiya Koloniyası və Protektoratı[d]) — Qambiya siyasətçisi və 2017-ci ildən etibarən Qambiya Prezidenti. Basse Santa Su yaxınlığındakı Mansadjanq-Kunda kəndində anadan olub, Xərçəng Adası Orta Məktəbi və Müsəlman Liseyində oxuyub, iikincisində təqaüd qazanıb. Daha sonra Qambiya enerji şirkəti "Alhagie Musa Njie & Sons"-da çalışdı və satış meneceri oldu. 2000-ci illərin əvvəllərində Londona köçən Berrou daşınmaz əmlak sahəsində təhsil aldı və eyni zamanda mühafizəçi olaraq çalışdı. 2006-cı ildə Qambiyaya qayıtdıqdan sonra Majum Daşınmaz Əmlak Şirkətini qurdu və 2016-cı ilə qədər baş direktor oldu. O, müxalifət partiyası olan Birləşmiş Demokrat Partiyasının xəzinədarı seçildi və öncəki sədr həbs edildikdən sonra 2016-cı ilin sentyabrında onun yerinə keçdi. Berrou daha sonra 2016-cı il prezident seçkilərində BDP namizədi olaraq seçildi. Daha sonra 2016-cı il müxalif qrup koalisiya dəstəyi ilə müstəqil olaraq qalacağı açıqlandı. Berrou 2016-cı il prezident seçkilərində 43,34% səslə uzun müddət vəzifədə olan Yəhya Cammehi məğlub edərək qalib gəldi.
Adama Diakabi
Adama Salimi Diakabi (fr. Adama Diakhaby; 5 iyul 1996, Ayaçço) — Seneqal əsilli fransalı futbolçu. Ağdamın "Qarabağ" klubunun oyunçusu. Fransa gənclər milli komandasının üzvu olub. Hücumçu və sol cinah vingeri kimi oynayır. Fransanın Ayaçço şəhərində doğulan Adama Diakabi "Kann" futbol klubunun yetirməsidir. 2013-cü ildə o, "Kann" klubunun ikinci komandasına dəvət edilir. 24 avqust 2013-cü ildə "Kale" klubu ilə oyunda "Kann" klubunun ikinci komandasında debüt edir. 8 noyabr 2015-ci ildə Diakabinin "Renn" klubu ilə bir illik müqavilə imzalayır və 2015–16 mövsümünün qalan hissəsini "Renn" klubunun ikinci heyətində keçirir. 2017-ci ilin yay transfer pəncərəsi ərzində "Monako" klubu "PSJ" klubuna gedən Kilian Mbappeni əvəzləmək üçun Diakabini 10 milyon avroya transfer edir.2017–18 mövsümundə "Monako"nun heyətində ümumilikdə 30 oyunda meydana çıxır və 3 qol vurur.
Şirin
Şirin (fars. شيرين‎) (? – 628 AD) – Sasani şahənşahı II Xosrovun həyat yoldaşı, Sasani məlaikəsi olmuşdur. Xosrovun atası IV Hürmüzün ölümündən sonra sərkərdə Bəhram Çubin Sasani taxtını ələ keçirir. Şirin Xosrovla birgə Suriyaya qaçır və burada Bizans imperatoru Mavrikinin himayəsi altında yaşayır. 591-ci ildə Xosrov yenidən İrana qayıdır və imperiyada nəzarəti ələ alır, Şirin isə kraliça olur. Bu zamandan etibarən, Şirin öz təsirindən istifadə edərək ölkədəki xristian azlıqları dəstəkləməyə çalışır, lakin mürəkkəb siyasi vəziyyət onu mümkün qədər ehtiyatlı davranmağa məcbur edir. Şirin özü əvvəlcə nestorianlıq kimi tanınmış Şərq kilsəsinə mənsub olsa da, sonrada Suriya Ortodoks Kilsəsi kimi tanınan Antioxiya miafizit kilsəsinə qoşulmuşdur. 614-cü ildə farsların Yerusəlimi işğal etməsindən sonra İsanın xaçı ələ keçirilərək paytaxt Ktesifona gətirilir və burada Şirinin sarayında ucladılır. Ölümündən bir neçə yüz il sonra, Şirin, Şərq ədəbiyyatının mühüm obrazlarından birinə çevrilmişdir.
Dil
Dil — ancaq insanlara aid olan, özündə məzmun və eyni tip səslənmə (yazılış) qaydaları daşıyan şərti sistem. O, yalnız ünsiyyət vasitəsi deyil, dünya haqqında təsəvvür yaradan təbii intellektual sistemdir. Hər bir dil ayrılıqda dünya haqqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir. Dilləri linqvistika öyrənir. Dildə şərti işarələr semiotikanın predmetidir. Dilin insan təfəkkürünə və fəaliyyətinə təsirini psixolinqvistika tədqiq edir. linqvistikanın predmeti olan insan dilləri : təbii insan dilləri, süni insan dilləri, məsələn, (esperanto), karlar üçün jest dili, formal dillər kompüter dili,məsələn Alqol, Heyvanların ünsiyyət dili. Hazırda Yer üzündə 7000-ə yaxın dil mövcuddur. Dünyanın yeddi dili dünya dilləri hesab olunur: ingilis dili, ispan dili, ərəb dili, rus dili, fransız dili, alman dili, portuqal dili Alimlərin fikrinə görə, son 100 il ərzində 3000-dən 6000-ə qədər dili ölüm təhlükəsi gözləyir. Dilin saxlanması üçün həmin dildə ən azı 100 min insan danışmalıdır.
Dil Dil Pakistan
Dil Dil Pakistan (urdu دل دل پاکستان‎) — Pakistanın musiqi ansamblı Vital Signs tərəfindən 1987-ci ildə yayımlanmış mahnı. Bu mahnı 1989-cu ildə ansamblın debüt albomu olan Vital Signs 1-ə daxil idi. Dil Dil Pakistan Pakistanın qeyri-rəsmi himni kimi qiymətləndirilir. Mahnının musiqi videosu Pakistanın paytaxtı İslamabadda çəkilib. Mahnının çox səhnələrində ansamblın üzvləri velosiped və ya şəhərin ətrafında cip sürür. Səhnələrin birində qrup kiçik bir təpənin yamacında mahnını oxuyur. Sonda isə qrupun bütün üzvləri sadə bir studiyada mahnını oxuyur və az bir müddətdən sonra video bitir. Mahnının müəllifinin kimliyi mübahisəlidir. Lakin mahnının ərsəyə gəlməsində əsas rolu Şoaib Mansor oynamışdır. Vital Signsin əsas vokalisti Junaid Camşed qeyd edir ki, qrup və prodüser məhəbbət mahnısı üzərində işləyirdi, ancaq bütün bu səylər uğursuz kimi görünürdü.
DOST Agentliyi
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi — "DOST" mərkəzlərinin idarə edilməsi, onların fəaliyyətinə nəzarət və qiymətləndirmənin həyata keçirilməsi, eləcə də məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində, habelə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi siyahıda göstərilən xidmətlərin "DOST" mərkəzlərində göstərilməsinin təşkili ilə bağlı fəaliyyət göstərən publik hüquqi şəxsdir. DOST Agentliyi Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2018-ci il tarixli 229 saylı Fərmanına əsasən yaradılıb. Azərbaycan Respublikası Prezidentinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) fəaliyyətinin təmin edilməsi haqqında 10 dekabr 2018-ci il tarixli 387 saylı Fərmanına əsasən DOST Agentliyin Nizamnaməsi, Strukturu, "DOST" mərkəzlərində göstərilən xidmətlərin siyahısı və xidmətlərin göstərilmə Qaydası təsdiq edilib. 9 may 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə DOST Agentliyinin və 1 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 24 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 19 may 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə 3 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 30 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 4 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 14 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Abşeron DOST Mərkəzinin açılışı həyata keçirilib. 22 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı həyata keçirilib. 28 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 5 saylı Bakı DOST Mərkəzinin açılışı olub.
Dost Məhəmməd
Dost Məhəmməd — ad. Dost Məhəmməd (siyasətçi) — Pakistan siyasətçisi. Dost Məhəmməd xan Dost Məhəmməd xan (Əfqanıstan əmiri) — Əfqanıstan əmiri (1834-cü ildən). Dost Məhəmməd xan (Moğolustan xanı) — Moğolustan xanı.
Dost TV
«Dost TV» — Türkiyə özəl telekanalı. Telekanal 2005-ci ildə Ankara şəhərində təsis edilib və dini mövzuları əhatə edən verilişlər, filmlər və teleseriallar yayımlayır.
Dost atəşi
Dost atəşi (ing. friendly fire) — hərbi birliyin öz qüvvələrinə və ya müttəfiq qüvvələr üzərinə açdığı atəş. Səhvlər və istənməyən inkişaflar, hədəf alınan düşmən yerinə səhvən dost hədəflərin vurulmasına səbəb ola bilər.
Sadiq dost
Sadiq dost (ing. The Devoted Friend) — görkəmli irland yazıçısı Oskar Vayld tərəfindən yazılmış nağıl.Nağıl ilk dəfə 1888-ci ildə "Xoşbəxt şahzadə və digər nağıllar" antologiyasında nəşr edilib.Antologiyaya "Sadiq dost"dan başqa "Bülbül və qızılgül", "Eqoist nəhəng", "Görkəmli raket" nağılları da daxildir. Bir çox əsərlərin müəllifi Oskar Uayldı ən çox məşhurlaşdıran onun nağıllları olmuşdur. Kiçikhəcmli əsərlərin adi dialoqlarında belə böyük mətləblər ifadə etmək bacarığı, humanizm, ədalətsizliyə və amansızlığa qarşı üsyankarlıq,onları ifşa etmək onun yaradıcılığının əsas məziyyətlərindəndir.Bu məqamda demək olar ki, bu nağılda bədii gülüş aparıcıdır. Əlbəttə ki, bu gülüş ironiya, kinayə olub insanlardan istifadə edən, hər cür əliaçıqlığa, sədaqətə, dostluğa yad olan insanlaradır.
Ölümcül dost
Ölümcül dost (ing. Deadly Friend) — 1986-cı ildə ABŞ-də istehsal olunmuş və Dayana Henstellin "Dost" romanının əsasında çəkilmiş elmi fantastika filmidir. Film "Frankenşteyn" filmlərinin yenisinə bənzəyir. Bu film Ues Kreyvenin Qarağac küçəsində qarabasma filmindən sonra çəkdiyi ən yaxşı filmidir. Filmdə robotun səsini "Qarağac küçəsində qarabasma" filmində Həkim Kinq rolunu canlandıran Çarlz Fleyşer səsləndirir. Filmin seçilmiş sitatları aşağıdakılardır: O sənsiz yaşaya bilmir (ing. She can't live without you) Bəzi insanlara yalnız ölmək yaxşıdır (ing. Some people are just better off dead) Kim qonşuluqdakı qızla oynayır, orada sağ qalan yoxdur (ing. There's no one alive who'll play with the girl next door) Auditoriyada sizi tutan zaman dostunuzu əvvəlcədən götürün! (ing.
Fəvziyya Şirin
Fövziyyə bint Fuad (ərəb. فوزية بنت فؤاد‎; 5 noyabr 1921 – 2 iyul 2013, İsgəndəriyyə) — Misir şahzadəsi və Məhəmməd Rza Pəhləvinin birinci həyat yoldaşı olmuşdur. Şahdan boşanandan və İsmayıl Şirin ilə 1949-cu ildə nikah bağlayandan sonra Fövziyyə Şirin kimi də tanınırdı. Şahzadə Fövziyyə Misir və Sudan sultanı I Fuadın qızı idi. Fövziyyənin anası Nazlı Səbri sultanın ikinci arvadı və Misrin keçmiş baş naziri türk əsilli Məhəmməd Şərif Paşanın nəvəsi idi. Şahzadə Fövziyyə təhsilini İsveçrədə almış, ərəb, ingilis və fransız dillərində sərbəst danışırdı. Şahzadə Fövziyyənin Məhəmməd Rza Pəhləvi ilə izdivacı Rza şahın səyləri nəticəsində baş tutmuşdu və ABŞ-nın Mərkəzi Araşdırmalar İdarəsinin hesabatına görə əsasən siyasi maraqları güdürdü. Onlar 1938-ci ilin may ayında nişanlanmış olsalar da, toy gününə qədər bir birilərini görmək imkanına malik olmamışdılar. Toy mərasimi Qahirədə Abdin Sarayında 15 mart 1939-cu ildə, daha sonra isə cavan ailənin yaşayacağı Tehranda Mərmər Sarayda keçirilmişdi. 1940-cı ildə onların yeganə övladı, şahzadə Şəhnaz dünyaya gəlmişdir.
Qəsri-Şirin
Qəsri Şirin — İranın Kirmanşah ostanının şəhərlərindən və Qəsri Şirin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,437 nəfər və 3,893 ailədən ibarət idi.
Qəsri Şirin
Qəsri Şirin — İranın Kirmanşah ostanının şəhərlərindən və Qəsri Şirin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,437 nəfər və 3,893 ailədən ibarət idi.
Solmaz Şirin
İxtiyar Şirin
İxtiyar Əlibala oğlu Şirinov (İxtiyar Şirin) (23 iyul 1952, Dünyamalılar, Jdanov rayonu – 14 noyabr 2022) — Azərbaycan Respublikasının Baş Prokuroru (1992–1993), Azərbaycanın ilk həqiqi dövlət ədliyyə müşaviri (1992–1993). 23 iyul 1952-ci ildə hazırkı Beyləqan rayonunun Dünyamallılar kəndində anadan olub. AXC hakimiyyəti dövründə dövlət müşaviri və baş prokuror vəzifəsində çalışıb. 16 oktyabr 1992-ci ildə İxtiyar Şirinova həqiqi dövlət ədliyyə müşaviri rütbə dərəcəsi verilib. 14 sentyabr 1993-cü ildə isə bu rütbədən məhrum edilib. 1993-cü ilin iyun hadisələrində Gəncədə Surət Huseynovun komandası tərəfindən həbs olunub. 11 ay sonra məhkəmə cinayət işini xətm edib və azadlığa buraxılıb. 14 noyabr 2022-ci il tarixində vəfat etmişdir. 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir. İstiqlalçı deputat olaraq 1991-ci ildə, parlamentdə məhz həmin 43 deputatlardan biri olaraq Azərbaycan xalqının müstəqillik istəyinə səs vermişdi.
Şirin Axundov
Şirin Məşədi Hüseyn oğlu Axundov (1878, Salyan, Cavad qəzası – 28 oktyabr 1927, Bakı) — Azərbaycan tarzəni. Sadıq Əsəd oğlunun tar ifaçılığı məktəbinin davamçısı olmuşdur. Xalq arasında «Səlyanlı Şirin» kimi çağırılırdı. Öz dövrünün məşhur muğam ustadlarından tar ifaçılığının və muğam sənətinin sirlərinə dərindən yiyələnmişdi. O, əsasən müşayiətçi tarzən kimi tanınmışdı. Bir çox xanəndələrlə sənət yoldaşı olmuş, Cabbar Qaryağdı oğlunu, Məşədi Məmməd Fərzəliyevi, İslam Abdullayevi, Seyid Şuşinskini və başqalarını müşayiət etmişdir. Şirin Axundov 1903-cü ildən başlayaraq, uzun illər boyu görkəmli xanəndə Ələsgər Abdullayevlə birgə çalışmışdır. Bu ansamblın məclislərdə və konsertlərdə çıxışları böyük rəğbətlə qarşılanır və muğam biliciləri tərəfindən yüksək qiymətləndirilirdi. Onların ifasından qrammofon vallarında bir neçə səsyazısı yadigar qalmışdır; 1914-cü ildə Macarıstanın «Premyer-Rekord» səsyazma şirkəti tərəfindən «Çahargah», «Mirzə Hüseyn Segahı», «Hasar», «Müxalif» muğamları vala yazılmışdır. Bundan əlavə, Şirin Axundov İslam Abdullayevin oxuduğu muğam və təsnifləri də müşayiət etmişdir.
Şirin Bünyatova
Şirin Teymur qızı Bünyatova (d.1963, Bakı şəhəri) — Azərbaycan tarixçisi, etnoqraf alim, tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin Arxeologiya və Etnoqrafiya kafedrasının professoru, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Müdafiə Şurasının üzvü. Şirin Bünyatova 1963-cü ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Qazax rayonundandır. 1979-cu ildə 7 saylı orta məktəbi qızıl medalla bitirmiş və 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. 1984-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini, fərqlənmə diplomu ilə bitirib. 1984-cü ildə AMEA-nın Tarix İnstitutunun aspiranturasına əyani şöbəyə (etnoqrafya ixtisası üzrə) daxil olmuşdur. 1991-ci ildə "Nizaminin əsərlərində etnografik məsələlər” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 2008-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri doktoru dərəcəsi almışdır. 1987-cü ildən institutun "Yeni tikinti sahələrinin arxeoloji tədqiqi" fəaliyyəti göstərmiş; 1990-ci ildə AMEA-nın Etnoqrafiya və Arxeologya İnstitutun kiçik elmi isçi olmuş; 1991-ci ildə AMEA-nın Etnoqrafiya və Arxeologiya İnstitutun elmi isçi olmuş; 1993-cü ildə AMEA-nın Etnoqrafiya və Arxeologiya İnstitutun baş elmi isçi vəzifədə olmuş; 1992-1998 -ci illər ərzində 44 saylı orta məktəbdə müəllim vəzifəsində işləmiş; 1996-1998-ci illərdə isə Təfəkkür Universitetində dərs demiş; 2005-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini saat hesabı müəllimə fəaliyyəti göstərmiş; 2009-cu ildən Bakı Dövlət Universitetinin tarix fakültəsinin yarım ştat müəllimi işləmiş; 2009-cu ildən Bakı Dövlət Universitetinin Arxeologiya və Etnoqrafiya kafedrasında dosent işləmiş. 2011-ci ildən Bakı Dövlət Universitetinin tam ştat Arxeologiya və Etnoqrafiya kafedrasinda müəllim işləyir.
Şirin Ebadi
Şirin Ebadi (fars. شیرین عبادی‎; 21 iyun 1947[…], Həmədan) — İran hüquq müdafiəçisi, 2003-cü il Nobel Sülh mükafatı laureatı. 1947-ci ildə Həmədanda anadan olmuşdur. Atası Məhəmmədəli İbadi ticarət hüququ üzrə ilk alimlərdən biri olmuşdur. Şirin Ebadi Nobel Sülh Mükafatını 2003-cü ildə almışdır. Mükafat ona demokratiyanın inkişafı və insan haqlarının, xüsusilə də İranda qadın və uşaqların hüquqları uğrunda mübarizəyə görə verilmişdir. Ebadi 2009-cu ilin iyununda Brüsseldə keçirilən etiraz aksiyalarında iştirak edərək, Mahmud Əhmədinejadın prezident seçilməsini tanımamağa çağırıb. Bundan sonra 2009-cu ilin noyabr ayında İran hökuməti Şirin Ebadiyə 2003-cü ildə təqdim olunan diplom və medalı müsadirə edib. Bu barədə Osloda yerləşən Nobel komissiyasına məlumat daxil olub. Komissiya bildirib ki, Nobel mükafatının müsadirə olunması – bu mükafatın 108 illik tarixində ilk belə hadisədir.
Şirin Hanter
Şirin Hanter və ya Şirin Təhmasib-ABŞ-nin Cənubi Qafqaz və Yaxın Şərq siyasəti üzrə analitik və Corctaun Universitetinin professoru olan İran azərbaycanlısı elm xadimi. 2019-cu ilə qədər Prince Şahzadə Əlvaled İbn Təlal Müsəl-Xristian Anlaşma Mərkəzinin araşdırmaçı-professoru idi. O, burada 2005-ci ildən çalışmaqda idi. O, 2019-cu ildən burannı fəxri araşdırmaçısı oldu. Pəhləvi sülaləsinin hakimiyyəti dövründə, 1965-ci ildən 1979-cu ilə qədər Şirin İran XİN-də diplomat kimi fəaliyyət göstərmişdir. 1983-cü ildən 2005-ci ilə kimi Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çalışmış, İslam Proqramının direktoru, Orta Şərq Proqramının direktor müavini (1983-2002) olmuşdur. Həmçinin o, Corc Mason Universitetində və Vaşinqton Kollecində dərslər vermişdir. O, Carnegie Korperasiyasının akademik araşdırmaçısı olmuşdur. 1993-cü ildən 1997-ci ilə qədər Şirin Brüsseldə yerləşən Avropa Siyasət Araşdırmaları Mərkəzində qonaq araşdırmaçı olmuş və Aralıq Dənizi Proqramını icra etmişdir. Bundan başqa o, Brookings İnistitutunda qonaq müəllim kimi, Harvard Universitetinin Beynəlxalq Araşdırmalar Mərkəzində araşdırmaçı kimi çalışmışdır.
Şirin Kükü
Şirin Kükü - Qəzvin bölgəsinin yerli və ənənəvi yeməklərindən biri. 500 qram qaynadılmış kartof 4 ədəd yumurta 30 qram dilimlənmiş badam 30 qram dilimlənmiş püstə 15 qram zirinc Lazım olan miqdarda əridilmiş zəfəran 1 çay qaşığı qabartma tozu 3 yemək qaşığı qatıq 1 stəkan şəkər tozu 4 yemək qaşığı gülab 100 qram yağ Yarım stəkan su Lazım olan miqdarda duz və istiot Öncədən qaynadılmış kartofların qabıqlarını soyub, rəndələyin. Sonra yumurtaları başqa bir qaba sındırıb, hamar olana qədər çəngəl ilə qarışdırıb, kartofa əlavə edin. Kartofa az miqdarda duz və istiot əlavə edin . Sonra qatıq və qabartma tozunu üzərinə töküb, qaşıqla maddələri tamamilə əmilənə kimi qarışdırın. Kükü şərbətini hazırlamaq üçün balaca bir qazana su tökün, şəkər, zəfəran və gül suyunu əlavə edib, orta istilikdə qaynadın. Sonra şərbətə püstə və badam dilimlərini və zirinci əlavə edin. Tonqal üstünə bir tava qoyub, istilənmək üçün içinə biraz zeytun yağı tökün. Sonra kükü maddələrini tavanın hər yerinə yaydırıb və bir qaşığın arxası ilə düzəldin. Kükünün bir yanı qonur olduqda, başqa yanının qonur olması üçün onu çevirin.
Şirin Mirzəyev
Şirin Vəli oğlu Mirzəyev (5 yanvar 1947, Xankəndi – 18 iyun 1992, Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, Qarabağ müharibəsi şəhidi. Əslən Şuşanın Mirzələr kəndindən olan Şirin Mirzəyev 1947-ci il yanvar ayının 5-də Xankəndində dünyaya göz açmışdır. Nizami adına beynəlmiləl orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşmüşdür. Bir müddət Bakıda yerləşən Daxili Qoşunlar alayında xidmət etdikdən sonra 1967-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki Ali Siyasi Hərbi məktəbə qəbul olmuş və 1971-ci ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vurub təyinatla İrəvana göndərilib. Beş il orada xidmət etdikdən sonra isə Bakıya qayıtmışdır. Daha sonra 1976-cı ildə öz sinif yoldaşı Flora Qasımova ilə ailə qurur. Bu evlilikdən onların iki uşağı dünyaya gəlir. 1988-ci ildə Moskvada Hərbi Siyasi Aakdemiyada təhsil alaraq, Daxili Qoşunlar alayında 15 illik xidmət yolu keçmişdir. 1991-ci ildə qəlbində alovlanan Vətən məhəbbəti, vətənə xidmət arzusu onu Ağdama çəkib gətirdi. Özü də elə bir vaxtda ki, onun kimi peşəkar hərbçilərə vətənin böyük ehtiyacı var idi.
Şirin Məlikova
Şirin Məlikova (tam adı: Məlikova Şirin Yaşar qızı; 4 noyabr 1978, Bakı) — Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru,Azərbaycan Milli Xalça Muzeyinin direktoru (2016-2023), Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan Milli Komitəsinin sədri, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi. Şirin Yaşar qızı Məlikova Bakı şəhərində anadan olub. Şirin Məlikova 1995-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Sənətşünaslıq" fakültəsinə daxil olub, 1999-cu ildə təhsil ocağını fərqlənmə diplomu iləntamamlamışdır. 1999–2001-ci illər ərzində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Təsviri incəsənət tarixi və nəzəriyyəsi" ixtisası üzrə magistraturasında oxuyub və təhsilini fərqlənmə diplomu ilə tamamlamışdır. 2001-ci ildən AMEA Memarlıq və İncəsənət İnstitutunun dissertantı olub. 2007-ci ildə "Azərbaycan XIV–XVIII əsrlər bədii parça və tikmələri" mövzusunda dissertasiya müdafiə edib. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur. 2008–2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Sənətşünaslıq" kafedrasında , 2012-ci ildən isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "İncəsənət tarixi" kafedrasında baş müəllim kimi fəaliyyət göstərmişdir.2019-cu ildən dosent vəzifəsini icra edir. 2011-ci ildən Heydər Əliyev Fondunun incəsənət sahəsində eksperti olaraq həm Azərbaycanda, həm də xaricdə bir sıra beynəlxalq sərgi və festivalların təşkilatçılarından olmuşdur. 2016-2023-cü illərdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru çalışıb.
Şirin Rzayev
Şirin Həsən oğlu Rzayev (25 aprel 1942, Kirovabad – 14 fevral 2020) — dirijor, pedaqoq; Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1985), Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, Kamera orkestrinin bədii rəhbəri. Şirin Rzayev 1942-ci il aprel ayının 25-də Gəncə şəhərində anadan olub. 14 fevral 2020-ci ildə vəfat etmişdir. 1968-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Musiqi Akademiyası) xor—dirijorluğu fakültəsini əla diplomla bitirmişdir. 1968—1969-cu illərdə Konservatoriyada müəllim, 1969-1974-cü illərdə isə Gəncə orta ixtisas Musiqi məktəbinin direktoru və xor-dirijoru müəllimi kimi fəaliyyət göstərmişdir. 1969-cu ildə Şirin Rzayev Gəncədə ilk dəfə Simfonik Orkestr yaratmış və onun baş dirijoru kimi 1980-ci illərin sonunadək fəaliyyət göstərmişdir. Görkəmli bəstəkarlarımız Q.Qarayev, F.Əmirov, C.Cahangirov və böyük dirijorumuz Niyazi bu simfonik orkestrin fəaliyyətinə yüksək qiymət vermişlər. 1970—1985-ci illərdə Şirin Rzayev Gəncədə keçirilən "Mahnı bayramları"nın baş dirijoru və ya musiqi rəhbəri olmuşdur. 1980—1992-ci illərdə yaradıcısı olduğu "Şərəfxanlı" El nəğmələri teatrının bədii rəhbəri olmuşdur. 1981-ci ildə Moskvada keçirilmiş ümumittifaq müsabiqəsində “ Şərəfxanlı ”El nəğmələri teatrı birinci yeri tutmuş və Şirin Rzayev “ Qızıl medalla ” təltif olunmuşdur.